e-Fermer — təbiətin təmizliyini və zəhmətin halalını süfrənizə gətirən, torpağımızın bərəkətini sizə sevgi ilə təqdim edən bir layihədir. Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, müştərilərimizin güvənini qazanmaqdır. Çünki biz inanırıq: “Sizin güvəniniz bizim qazancımızdır.”
e-Fermer vasitəsilə təzə meyvə, tərəvəz və kənd təsərrüfatı məhsullarını həm onlayn olaraq, həm də fiziki mağazamızdan əldə edə biləcəksiniz. Saytımız və mobil tətbiqimiz ilə alış-verişinizi rahat və sürətli edərək, geniş seçim imkanı, keyfiyyətli məhsullar və münasib qiymətlərlə sizə çatdıracağıq.
Biz müştəridən qazanc yox, müştərinin özünü qazanan bir komandayıq. Keyfiyyətə, münasib qiymətə və dürüst xidmətə üstünlük veririk. Məhsullarımız yerli fermerlərdən seçilir və təravətinə zəmanət verilir.
Sizə təkcə məhsul deyil, eyni zamanda güvən və məmnunluq təqdim edirik.
Hörmətlə, e-Fermer komandası 😊.